“İnsanlığın qara ləkəsi – Xocalı”

“İnsanlığın qara bəxti – Xocalı” adlı tədbirimiz 25.02.2015-ci il saat 12:00-da Bakı şəhəri Suraxanı rayonu Əmi Məmmədov adına 101№-li tam orta məktəbdə keçirildi. Tədbirdə həmin məktəbin rəhbərliyi, müəllim və şagirdləri fəal iştirak etdilər.İlk öncə Xocalıda həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bu dəhşətli faciəni əks etdirən səhnəciklər, slaydlar, şeirlər ifa edildi. Həmin gecənin dəhşətini tədbir iştirakçılarına və tamaşaçılara ən yüksək səviyyədə çatdırmağa çalışdıq.Tədbirin sonunda məktəbin rəhbərliyi Məmmədova Səidə müəllimə öz çıxışı ilə yekun vurdu.Beləliklə, 26 fevral Xocalı soyqırımına həsr edilmiş “İnsanlığın qara ləkəsi – Xocalı” adlı tədbir 13:15-də başa çatdı.