Bakı şəhəri Suraxanı rayon Əmi Məmmədov adına 101 №li məktəbdə keçirilən “Dahi öndər Heydər Əliyevin anım günü “ mövzusunda

Tədbirin təşkilatçısı : Təşkilati işlər direktor müavini Məmmədova Elnarəİştirakçılar: Müəllimlər, şagirdlər, rəhbərlik. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra Heydər Əliyevin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra, tədbirin aparıcısı təşkilati işlər üzrə direktor müavini Məmmədova Elnarə tədbiri açıq elan etdi.Tədbirin məqsədi haqqında qısa məlumat verdikdən sonra Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat vermək üçün söz məktəbin ədəbiyyat müəllimi Quliyeva Münəvvərə verilir. O, Heydər Əliyevin gördüyü işlər barədə ağızdolusu danışdı. Sonra Heydər Əliyevin həyatı ilə bağlı videoçarx izlənildi. Daha sonra çıxış üçün söz məktəbin şagirdlərinə verildi. Şagirdlər şeirlər, mahnılar ifa etdilər. Sonda söz direktor müavini Yusifova Elnarəyə və direktor Məmmədova Səidəyə verildi. Onlarda belə tədbirlərin keçirilməsinin önəmindən danışdılar. Qeyd etdilər ki belə tədbirlər şagirdlərin vətənpərvərlik hissinin daha da güclənməsində çox əhəmiyyətli rol oynadığından mütəmadi olaraq keçirilməlidir. . Tədbir aparıcı Məmmədova Elnarə tərəfindən bağlı elan edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi