Cəmşid Naxçıvanski

TədbirTədbirin təşkilatçısı : Təşkilati işlər üzrə direktor müavini: Məmmədova Elnarəİştirakçılar: Müəllimlər, şagirdlər, rəhbərlik. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra tədbirin aparıcısı təşkilati işlər üzrə direktor müavini Məmmədova Elnarə tədbiri açıq elan etdi.Tədbirin məqsədi haqqında qısa məlumat verdikdən sonra Cəmşid Naxçıvanskinin həyat və fəaliyyəti haqqında məlumat vermək üçün söz məktəbin tarix müəllimi Fərəcova Kamiləyə verilir.O, Cəmşid Naxçıvanskinin AXC dövrünə qədərki həyatı və fəaliyyəti barədə geniş şəkildə danışmışdır. Sonra Cəmşid Naxçıvanskinin həyatı ilə bağlı qısa videoçarx izlənilmişdir. Daha sonra çıxış üçün söz məktəbin digər tarix müəllimi Həmzəyeva Nəzakətə verilmişdir. H. Nəzakət Cəmşid Naxçıvanskinin AXC dövründən həyatının sonunadək olan dövrü haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Üç müxtəlif quruluşda hərbi xidmətdə olan, şücaətlə döyüşən, hərbi ordenlər, mükafatlar alan, milli diviziya yaradan,igid sərkərdəmiz Cəmşid xan Kəngərli-Naxçıvanskinin həyat və fəaliyyəti iştirakçılar, o cümlədən şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır. Elə buna görə bəzi iştirakçı şagirdlər onların marağına səbəb olan sualları vermiş, eyni zamanda öz təəssüratlarını bildirmişdilər. Şagirdlər qeyd etmişdilər ki, görkəmli şəxsiyyətimiz Cəmşid Naxçıvanskinin həyat və fəaliyyəti haqqında dinlədikdən sonra onların hərbçi olmağa həvəsləri artmış, onlar igid, cəsur sərkərdəmizi örnək olaraq görəcəklər. Daha sonra söz direktor müavini Yusifova Elnarəyə və direktor Məmmədova Səidəyə verildi.Onlar bele tədbirlərin keçirilməsinin önəmindən danışdılar. Qeyd etdilər ki belə tədbirlər şagirdlərin vətənpərvərlik hissinin daha da güclənməsində çox əhəmiyyətli rol oynadığından mütəmadi olaraq keçirilməlidir. Sonda məktəbin doqquzuncu sinif şagirdi Xəlilzadə Hüseyn vətənpərvərlik mövzusunda şeir dedi. Tədbir aparıcı Məmmədova Elnarə tərəfindən bağlı elan edildi.