Bayrağımız qürur mənbəyimizdir

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.
Bu gün məktəbimizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirildi.Tədbir 3C sinif rəhbəri Fətəliyeva Ülkər tərəfindən hazırlanmışdı. Şagirdlər gözəl bir tədbirlə məktəb heyyətinin qarşısına çıxdılar. Onlar şeirlərində ,rəqslərində və mahnılarında vətənə olan sevgilərini nümayiş etdirdilər. Həmin gündə məktəbimizin şagirdləri gözəl əl işlərini rəsm sərgisində də nümayiş etdilər.Tədbir bağlı elan edildikdən sonra,məktəbin müdriyyəti tövsiyəsində belə tədbirlərin çox olmasını arzu etdi.