Narkomaniyaya qarşı mübarizəyə sən də qoşul

Narkomaniya ” ağ ölüm ” dür, həyatdan üz çevirməkdir. “Narkomaniya” və “ ölüm ” sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib.Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır.Bu gün bizim məktəbimizdə “Narkomaniyaya qarşı mübarizə ” mövzusunda tədbir keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Baş Polis İdarəsinin YYÇ üzrə iş bölməsinin rəisi polis polkovniki leytenant Məryəm xanım Ömərova, Bakı Şəhəri üzrə Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili polis mayoru Naib Ömərov, Bakı Şəhəri üzrə Baş Polis İdarəsinin Veteranlarlar Şurasının sədri polis polkovniki Emin Məmmədov, Suraxanı Rayon Polis İdarəsinin YYÇ üzrə polis mayoru Namiq Abbasov, Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili polis leytenantı Siyavuş Səfərov təbliğat xarakterli söhbətlər aparıldı. Tədbirdə məktəbin direktoru Məmmədova S.C., məktəbin təşkilat işləri üzrə direktor müavini Məmmədova E.R., məktəbin psixoloqu Rəhimova M.B., fənn müəllimləri və şagirdlər iştirak etdilər.Bu tədbirin məqsədi yaxın gələcəkdə dünyaya gələn körpələrin sağlam olmasıdır.