18 oktyabr Milli Müstəqillik günüdür

1991-ci il 18 oktyabr - Azərbaycan parlamenti ölkəmizin müstəqilliyi haqqında qərar qəbul etdi.Bu tarixi qərarla xalqımız yenidən öz azadlığına qovuşdu.18 oktyabrdan iki ay sonra doğma üçrəngli bayrağımızı başı üstə qaldırmış Azərbaycan xalqı öz müstəqilliyinə səs verdi.
Məhz bu gün ilə əlaqədar məktəbimizdə tədbirlər keçirildi. 4 B sinif şagirdləri “Müstəqilliyimizi unutmayaq” devizi altında məktəbin həyətində rəhbərlik ilə birlikdə, üçrəngli bayrağımızı təmsil edən hava şarlarını Azərbaycan Respublikasının Dövlət Himnini söylədikdən sonra havaya uçurtdular.Növbəti tədbir Elnarə Məmmədova tərəfindən təşkil olunmuşdur.Tədbir dəyirmi masa şəklində keçirildi.Tədbirdə 8 B sinif şagirdləri Lalə və Nuray yazdıqları şeirləri söyləyərkən 6 A sinif şagirdi Məhəmməd onları tarda müşayiət etdi. Elnarə müəllimin təşkilatı ilə məktəbin foyesində uşaqların əl işləri sərgisi təşkil olundu.Müstəqillik günü ilə əlaqədar həyata keçirilmiş tədbirlər şagirdlərin vətənpərvərlik tərbiyyəsini yüksəldəcək və inanırıq ki, xalqımızın müstəqilliyi əbədi, yenilməz olacaqdır.