Gənc idmançılar

Məktəbimizin III C sinif şagirdi Qasımov Elxan, IV B sinif şagirdləri Novruzlu Həmid və Qasımov Cavid,IX A sinif şagirdi Pənahlı Fatimə müxtəlif idman növlərinə həsr olunmuş Respublika turnirində iştirak etmişlər.Turnirdə şagirdlərimiz qara kəmər, sarı kəmər və I yerlərə layiq görüldüklərinə görə Diplom və medallar ilə təltif olunublar.Bu şagirdlərin uğurları bizləri çox sevindirdi. Biz balaca idmançılarımıza uğurlarının davamlı olmasını arzu edirik.