Sağlam həyat tərzi

Məktəbimizdə tibb bacısı Məmmədova M. tərəfindən sağlam həyat tərzi haqqında və məktəblilər arasında travmatizmin profilaktikasına dair sanitariya maarif işinin təşkili haqqında tədbir keçirildi. Şagirdlərə sağlam həyat haqqında tövsiyyələr verildi. Fiziki aktivliyin və sağlam qidalanmanın insan həyatındakı rolundan bəhs olundu. Hava və günəş vannalarının sağlamlaşdırıcı əhəmiyyətinin vacibliyindən və bunların qəbulu zamanı nə dərəcədə ehtiyalı olunmasından bəhs olunmuşdur. Tibb bacısı zərərli vərdişlərlə mübarizənin genişləndirilməsi, sağlam həyat tərzi üçün siqaretindən ,spirtli içkilərdən istifadə edilməməsini tövsiyyə etmişdir.