“Dünyanı sülh xilas edəcək”

Məktəbimizin tarix müəllimi Kamilə Fərəcova “Beynəlxalq sülh günü”nə həsr olunmuş “Dünyanı sülh xilas edəcək” mövzusunda dəyirmi masa keçirtdi.Burada sülh gününün tarixi ,sülhün əhəmiyyəti, Azərbaycan və sülh mövzularında aparılan müzakirələrə tamaşaçı şagirdlər də qoşuldular.Sonda şagirdlər tərəfindən”Göyərçinik biz”mahnısı səsləndi.Bu gün ilə əlaqədar məktəbimizin şagirdləri gözəl əl işlərini rəsm sərgisində nümayiş etdilər.