Şagirdimizin yeni uğurları

Rüfət Zəkiyev Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “1iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “ “Mənim Azərbaycanım” mövzusunda keçirilən rəsm sərgisində iştirak etmişdir.Həmin sərgidə uğur qazandığına görə iyunun 27-si Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Afət xanım Həsənova tərəfindən şagirdimizə diplom təqdim edilmişdir. Sərgidə nümayiş olunan şəkilinin rəngarəngliyi,gözəlliyi gələn qonaqların rəğbətini qazanmışdı.Biz inanırıq ki,onun uğurları davamlı olacaq. Şagirdimiz Rüfətə Azərbaycanın və dünyanın tanınmış rəssamı olmağı arzulayırıq.