Son zəng

Son Məktəbin illik fəaliyyət planının 1.3.32-ci bəndinə əsasən məzunların doğma məktəblə vidalaşması məqsədilə XI sinfi bitirən şagirdlər üçün “Son zəng” tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra açıq elan olundu. Məktəbin 11-ci sinif şagirdləri və birincilər öz çıxışları ilə son zəng tədbirini daha da rəngarəng etdilər. Onlar mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdilər.Məktəb həyatına əlvida deyən məzunlar birincilərə hədiyyələr təqdim etdilər.Tədbirdə məktəb rəhbəliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdilər.Sonda məktəb rəhbəliyi və müəllimlər 11 – cilərə ürək sözlərini söyləyib,onlara gələcək həyatlarında uğurlar arzuladılar.