Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyi

Bir neçə gündür ki, paytaxtımızın müxtəlif yerlərində Ulu öndər Heydər Əliyevin 95-illiyi ilə əlaqədar tədbirlər keçirilir.Bu tədbirlərdən bir neçəsini bizim məktəb də hazırladı.İlk tədbir Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş sərgidə məktəbimizin şagirdləri Zəkiyev Rüfət və İbrahimov İlhamın əl işi nümayiş olundu.
Sonrakı gün kiçik siniflər arasında “ Sən həmişə qəlbimdəsən”adlı seir müsabiqəsi keçirilmişdir.
Növbəti tədbir məktəbimizin tarix müəllimi Kamilə Fərəcovanın hazırladığı “Dahi “ adlı breyn-rinq müsabiqəsi keçirildi.
Sonuncu tədbir məktəbimizin həyətində rəngli təbaşır ilə çəkilmiş rəsmlər nümayiş olunmüşdur.Bu şəkillər məktəbin ibtidai sinif şagirdləri tərəfindən çəkilmişdir.