AZƏRBAYCAN FRANSIZ UNİVERSİTETİNİN REKTORU ƏMƏKDAŞLARI İLƏ BİRGƏ IX-XI SİNİF ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİB

ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetinin rektoru 101 №li tam orta məktəbin 1993-cü ildə 9-cu sinif məzunu olmuşdur.Bir neçə gün öncə Əsgərov Vazeh Eldəniz oğlu Universitetin əməkdaşları ilə birgə təhsil aldığı məktəbə təşrif buyurmuşdur.Vazeh müəllim IX-XI sinif şagirdləri ilə görüş keçirərək Universitet haqqında geniş məlumat vermişdir.