Şagirdlərimizin uğurları bizim gələcəyimizdir.

Məktəbimizin istedadlı şagirdlərindən biri Əliyev Rüfətin əldə etdiyi uğuru bizləri bu gün çox sevindirdi.Rüfət Əliyev Arif oğlu 2014-cü ildə 101-saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olunmuşdur.Hal-hazırda 4-cü sinif şagirdidir.Oxuduğu bu 4 il ərzində sinif müəlliminin və sinif yoldaşlarının rəğbətini qazanmış, hamının sevimlisinə çevrilmişdir.Sinifdə ən fəal şagirdlərdən biridir.Coğrafiya,Astronomiya və Tarix fənlərinə xüsusi marağı var.Hazırcavablılığı və dünyagörüşünə görə yoldaşlarından fərqlənir.Maraqlı məlumatlar toplamağı, kitab oxumağı sevir,gözəl rəsm çəkir və şeir yazmağı da xoşlayır.Dediyinə görə əldə etdiklərinə görə ən çox sinif rəhbəri Südabə müəllimə və Elmira nənəyə minnətdardır. Biz məktəbimizin 4C sinif şagirdi Əliyev Rüfətə yeni nailiyyətlər arzu edirik və inanırıq ki,onun uğurları davamlı olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi