Bilik yarışması

Kimya-Biologiya aylığı ilə əlaqədar olaraq,məktəbimizdə bu fənlər üzrə “Bilik yarışması” keçirildi.Yarışmada iştirak edən komandalar çətin və eyni zamanda əyləncəli məntiqi suallar qarşısında öz biliklərini yoxladılar.Yarışma üç hissədən ibarət oldu. Birinci hissədə12 sual səsləndirildi.Bu suallar həm kimya,həm də biologiya fənnini əhatə edirdi.İki hissə arasında şagirdlər maraqlı təcrübələr nümayiş etdirdilər.Bu  “ yaşıl güllə”,” yanar yaylıq” və “göy çörək” təcrübələri idi.Üçüncü hissədən sonra şagirdlərin topladıqları ballar hesablandı. I yerə layiq görülən şagirdlər diplomlarla təltif olundular.Sonda məktəbin direktoru Məmmədova Səidə Biologiya müəllimi Aynurə Hüseynzadə və Kimya müəllimi Fəridə Alxazovaya təşəkkürünü bildirdi.O,tövsiyəsində belə tədbirlərin çox olmasını arzu etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi