Məktəbəqədər hazırlıq siniflərində innovativ məşğələ

Məktəbəqədər hazırlıq sinfinin şagirdləri Ətraf aləmlə tanışlıq fənnindən “ Sağlam bədəndə sağlam ruh olar” mövzusunun “ Qidalarımız” bölməsində tez hazırlanan yeməklər haqqında məlumatlar toplayaraq, qısamüddətli layihə həyata keçirmişlər.Şagirdlər sağlam qidalanmanın insan orqanizminə xeyrindən bəhs edən maraqlı təqdimatlar hazırlayaraq təqdim etmiş , müzakirələrin sonunda tez hazırlanan qidalardan birini hazırlamışlar.Belə ki ,Aytən müəllimənin izahı əsasında sendvicin hazırlanması qaydasının əyanı tətbiqi şagirdlərin böyük sevincinə səbəb olmuşdur.Müəllim Mister Sandvicin adı ilə bağlı olan bu yeməyin yaranma tarixi haqqında şagirdləri maraqlı məlumatlarla məlumatlandırmışdı.Biz Aytən müəllimə işlərində uğurlar və gələcəkdə yeni layihələr üzərində işləməyi  arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi