31 mart soyqırım günüdür.

Bu gün məktəbimizdə “31 mart soyqırımını unutmayaq,unutdurmayaq” adlı seminar keçirildi.Himnlə başlayan seminarı giriş sözü ilə məktəbin tarix müəllimi Fərəcova Kamilə açdı.O, soyqırım barədə qısa məlumat verdikdən sonra sözü sagirdlərə verdi.”Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi “ ilə bağlı Quliyeva Şərqiyyə, ”Mart qırğınına hazırlıq” haqqında Allahverdiyev Tacir, “Bakı qırğınları haqqında” Vahablı Fidan,” Şamaxı qırğınları “ barədə Mirzəzadə Nicat və “ Quba soyqırımı” haqqında Sadıqova Zəhra məlumat verdi.Çıxışlardan sonra Fərəcova Kamilə

Digər ərazilərimizdə baş verən erməni vəhşilikləri barədə danışdı.O,qırğınlara əsl qiymətin Ulu öndər Heydər Əliyev tərəfindən verildiyini, Ulu öndərin fərmanı ilə 31 mart gününü Azərbaycanlıların soyqırımı günü elan etdiyini vurğuladı.Daha sonra izləyici şadirdlərin sualları cavablandırıldı,fikirləri dinlənildi.Seminarın sonunda Təşkilati işlər üzrə direktor müavini Məmmədova Elnarəyə söz verildi.O,seminarın təşkilatçılarına təşəkkür etdi, belə seminar və tədbirlərin keçirilməsinin önəmli olduğunu vurğuladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi