8 Mart Beynəlxalq qadınlar günüdür

Bu gün bayramdır,canı-canımızdan əziz tutduğumuz analarımızın, nənələrimizin,bacılarımızın bayramıdır.Bu gun planetimizdə sülh,azadlıq,demokratiya,xoşbəxtlik və bərabərlik arzusu ilə yaşayan bütün qadınların bayramıdır.
1910-cu ildən Klara Sonekinin təşəbbüsü ilə sosialist qadınlarının beynəlxalq konfransı hər il martın 8-i Beynəlxalq qadınlar bayramı kimi qeyd etməyi qərara aldı.
Bu gün məktəbimizdə 8 Mart-Beynəlxalq qadınlar günü münasibəti ilə 10 A sinif şagirdi Zəkiyev Rüfət və 11 A sinif şagirdi Xəlilova Simuzərin rəhbərliyi ilə şagirdlər tərəfindən öz müəllimlərinə hədiyyə olaraq tədbir təşkil edilmişdir .Tədbirdə məktəbimizin şagirdləri şeirlər söyləyib,mahnılar ifa etdilər.Şagirdlər tərəfindən nümayiş edilən rəqs nömrələri tədbirdə iştirak edənlər tərəfindən çox bəyənildi.Tədbirin sonunda məktəbinTəlim-tərbiyə işləri üzrə direktor müavini Yusifova Elnarə və məktəbin Tərbiyə işləri üzrə direktor müavini Məmmədova Elnarə çıxış edərək məktəbin bütün qadın işçilərini,şagirdlərini qarşıda gələn 8-Mart Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik etdilər və tədbiri hazırlayanlara öz təşəkkürlərini bildirdilər.