Xocalı faciəsi

O,vahiməli və faciəli gündən bizi 26 il ayırır.1992-ci ildə biz ya balaca idik və yaxud da hələ dünyada yox idik.Lakin o dəhşətli günlərin bəzi kadrları qorunub saxlanılmış və onlara baxdıqda insanın tükləri biz-biz olur.Deyirlər ki,zaman bütün dərdləri sağaldır.İllər keçir,lakin Xocalı qırğının acı yaraları sağalmır ki,sağalmır.
Məktəbimizdə bugünkü dəyirmi masa Xocalı faciəsi ilə bağlıdır.Sagirdlər bu mövzuda fikirlərini azad və aydın ifadə etdilər. Həmin günü məktəbimizin şagirdləri gözəl əl işlərini rəsm sərgisində nümayiş ediblər.Sonda şagirdlər Xocalı şəhidlərini heç zaman unutmayacaq,əbədi xatirə kimi həmişə yad edəcək və onların unudulmaması üçün əllərindən gələni edəcəklərinə söz verdilər.