Ana dilimiz milli sərvətimizdir

Bu gün məktəbimizdə 21 fevral Beynəlxalq Ana dili günü münasibəti ilə “Ana dilimiz milli sərvətimizdir”adlı tədbir Azərbaycan dili ədəbiyyat müəllimi Mədətova Sevil tərəfindən keçirildi.Tədbirdə şagirdlər şeirlər söylədilər.Şagirdlərin ifasında rəqslər nümayiş etdirildi.Məktəbdə keçirilən inşa müsabiqəsinin qalibləri diplomlarla mükafatlandırıldı.Tədbirin sonunda məktəbin rəhbərliyi Yusifova Elnarə və Məmmədova Elnarə çıxış edərək Ana dilimizi sevmək və qorumağı tövsiyə etdilər.