20 Yanvar faciəsi mövzusunda rəsm sərgisi

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi 20 Yanvar faciəsinin 28-ci ildönümünün münasibəti ilə Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında ”20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Bu müsabiqədə məktəbimizin 10 A sinif şagirdi Zəkiyev Rüfətin əl işi nümayiş olunmuşdur.Sərgidə nümayiş olunan rəsm II yerə layiq görülmüşdür.Biz məktəbimizin gənc rəssamı Zəkiyev Rüfətə yeni nailiyyətlər arzu edirik və inanırıq ki,onun uğurları davamlı olacaq.