VI C sinfində açıq dərs

Məktəbimizin riyaziyyat-informatika müəllimi Paşazadə Aynurənin VIC sinfində riyaziyyat fənnindən “ Tam ədədlərin vurulması ” mövzusunda açıq dərsi oldu.Dərs yeni təlim texnologiyalarına uyğun qurulmuşdur.Açıq dərsdə məktəb rəhbərliyi,riyaziyyat və digər fənn müəllimləri iştirak etdilər.Elektron variantda hazırlanan dərsdə şagirdlər daha fəal,daha həvəslə iştirak etdilər.Mövzuya aid verilən maraqlı tapşırıqların həlli sayəsində mövzu şagirdlər tərəfindən dərindən mənimsənildi.Sonda məktəb rəhbərliyi mövzunun müasir standartlara uyğun qurulub şagirdlərə mənimsədilməsinə görə fənn müəlliminə öz təsəkkürünü bildirdi.Biz inanırıq ki,Aynurə müəllimin məktəbimizdə uğurları daha çox olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi