Sərq- Qərb nəqliyyat dəhlizi ideyasının reallaşdırilması

Məktəbin direktoru Səidə Məmmədova mövzu ilə əlaqədar 114 №-li məktəbdə hazırlanmış məqalə və slaydlarını təqdim etmişdir.Məqalədə Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik yaradılmasıı, atəşkəs əldə edilməsi və irimiqyaslı iqtisadi islahatlara start verilməsi haqqında məlumat verilmişdir.Eyni zamanda məqalədə həm də həmin dövrdə reallaşdırılan iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də müasir nəqliyyat-kommunikasiya infrastrukturunun yaradılmasını vurğulanmışdı.Məktəbin direktoru Azərbaycanın nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə edilməsi üçün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsindən, tarixi İpək Yolunun bərpası ideyasının əfsanədən reallığa çevrilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər respublikamızın geostrateji və coğrafi əhəmiyyətini daha da artırmasını söylədi.
Səidə Məmmədova daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı bildirdiyi , Şərq-Qərb İpək Yolunun bərpasının artıq reallıq olduğunu dinləyicilərə çatdırdı.
Səidə xanım müasir yol şəbəkəsinin yaradılması ilə bağlı beynəlxalq əhəmiyyətli magistral avtomobil yollarının birinci texniki dərəcə səviyyəsində tikintisinin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulması haqqında da məlumat verdi.Sonda Səidə Məmmədova Prezident İlham Əliyevə tutduğu yolda uğurlar arzuladı və onun siyasətini bəyəndiyini ,dəstəklədiyini söylədi.