Məktəbdaxili monitorinqimiz davam edir

Bu dəfə də növbəti olaraq monitorinq ibtidai siniflərdə oldu. Məktəbimizin II , III və IV siniflərində oxuyan şagirdlərin riyaziyyat fənnindən məktəbdaxili monitorinqi keçirildi. Bu fənn üzrə iki variantdan ibarət testlər hazırlandı . Testlərdə açıq və qapalı suallardan istifadə olunmuşdur.Nəticələr qısa zamanda müəllimlərə və valideynlərə bildiriləcəkdir. Bütün şagirdlərə uğurlar arzu edirik.