HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİDİR

Bu gün məktəbimizin tarix müəllimi Fərəcova Kamilənın təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş Breyn Rinq yarışması keçirildi.
Yarışmanı açıq elan edən aparıcı çıxışında dahi şəxsiyyətin şərəfli ömür yolundan və xalqımız üçün xidmətlərindən danışdı . Onun xalqımız və dövlətimiz qarşısında göstərdiyi müstəsna tarixi xidmətlərini vurğuladı. Heydər Əliyevin şəxsiyyət kimi gerçək xüsusiyyətləri , fikir və ideyalarını dərindən öyrənməyin və onun gənc nəslə yüksək səviyyədə öyrətməyin mühüm əhəmiyyət kəsb etdiyi bildirdi.Yarışma üç mərhələdən təşkil olunmuşdur .Bu yarışmada suallar Ümummilli liderin həyatından və iş fəaliyyətindən təşkil olunmuşdur. Yarışmanın sonunda komandalar I , II , III yer diplomları ilə mükafatlandırıldı.