Məktəbimizin 3B sinif şagirdləri Bülbülün ev muzeyini ziyarət etdilər

Bu gün 3B sinif şagirdləri Musiqi dərsi ilə əlaqədar Azərbaycanın professional vokal sənətinin banisi Bülbülün ev muzeyini ziyarət etdilər.Şagirdlər orada yeni məlumatlar,yeni fikirlər əldə etdilər.
Muzeyin 4 ekspozisiya otağında yerləşməsini gördülər. 3 otaq xatirə kimi saxlanmışdır, biri isə sərgi otağıdır.Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallar toplanmış sənəd və materiallarla tanış oldular. Onların arasında əsli əlyazmalar, qramofon valları, fotoşəkillər, notlar, kitablar, məişət əşyaları, incəsənət əsərləri və şəxsi əşyalar onları çox maraqlandırdı.Şagirdlərimiz muzeydən xoş təəssuratlarla qayıtdılar.