Məktəbimizin 9a sinif şagirdi Əmirli Nərmin cüdo üzrə yarışmada Azərbaycan birinciliyinə layiq görülüb

Məktəbimizin 9a sinif şagirdi Əmirli Nərmin U-18 Yeniyetmələr arasında Cüdo üzrə yarışmada Azərbaycan birinciliyinə layiq görülüb. Nərminin idmana marağı lap uşaqlıqdan olub.O, bu səviyyəyə gəlib çatana qədər çox zəhmət çəkib. Biz məktəbimizin bütün kollektivi adından Nərmini təbrik edir, ona bu yolda uğurlar arzulayırıq.