Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş "Dəyirmi masa" keçirildi

Ulu öndər Heydər Əliyevin doğum gününə həsr edilmiş “Unudulmaz lider” adlı "Dəyirmi masa" keçirildi. "Dəyirmi masa" həmin məktəbin IX sinifləri arasında təşkil olunmuşdur. "Dəyirmi masa"nı giriş sözü ilə məktəbin tarix müəllimi açdı. Daha sonra söz şagirdlərə verildi. Şagirdlər Ulu öndərin həyatı, iqtisadi siyasəti, ordu quruculuğu, neft strategiyası,daxili siyasəti və gənclər siyasəti haqqında ətraflı məlumat verdilər. Sonda söz məktəbin direktoru Səidə Məmmədovaya verildi. Səidə Məmmədova belə tədbirlərin keçirilməsinin şagirdlərimizin məlumatlanmasında və vətənpərvərlik hissinin möhkəmlənməsində önəmli olduğunu bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi