Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş breyn-rinq keçirildi

Məktəbimizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Həmişəyaşar öndərimiz-Heydər Əliyev” adlı breyn-rinq keçirildi.Breyn-rinqdə 8 –ci siniflər arasında keçirildi. Heydər Əliyevin həyatı, maraqları və siyasi fəaliyyətinə dair suallardan ibarət olan breyn-rinq 2 mərhələdə keçirildi. Birinci mərhələdə hər 3 komanda biliklərini sınadı. 10 sualın verildiyi birinci mərhələdə ən çox xal toplayan VIIIa və VIIIb sinif şagirdləri 2-ci mərhələyə-finala çıxdılar.Finalda daha çox suala cavab verən VIII b sinifi yarışın qalibi oldu. Yarışdan sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Yusifova Elnarə və təşkilati işləri üzrə direktor müavini Məmmədova Elnarə qalib komandaya diplomları təqdim etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi