“ Varlığın əsası həyat” adlı kimya və biologiya gecəsi keçirildi

“ Varlığın əsası həyat” adlı kimya və biologiya gecəsi keçirildi.Tədbiri məktəbin biologiya müəllimi Hüseynzadə Aynurə təşkil etmiş,tədbirə məktəbin fəal şagirdləri cəlb olunmuşdur.Tədbir iki hissədən ibarət idi. Birinci hissəni biologiya və kimya elmlərin maraqlı, möcüzəli , qeyri-adi məlumat və hadisələr ,kiçik səhnəciklər təşkil edirdi. Bu hissədə suyun möcüzəsi, rəqslər, maraqlı məlumatlar, müxtəlif kimyəvi reaksiyalar, səhnəciklər öz əksini tapmışdır. İkinci hissədə isə şagirdlərdən ibarət iki komanda – “ Qartallar” və “Şahinlər” –arasında kiçik bilik yarışması keçirildi. Qalib gələn komanda medal və diplomlarla təltif edildi.