“ Mədəniyyət və İncəsənət Azərbaycan tarixi və etnoqrafiyası” ayı çərçivəsində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı bilik yarışı keçirildi

“ Mədəniyyət və İncəsənət Azərbaycan tarixi və etnoqrafiyası” ayı çərçivəsində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı bilik yarışı keçirildi. İki mərhələdə təşkil olunan yarış üç komanda- “Zəfər”, “İstiqlal”, Dədə Qorqud” komandaları arasında keçirildi. Yarışda Azərbaycanın tarixi mədəniyyəti və incəsənəti ilə bağlı suallar verildi. Qalib “Dədə Qorqud” komandası oldu. Sonda məktəbin direktoru Səidə Məmmədova yarışla bağlı fikirlərini söyləyərək, belə yarışların tez-tez keçirilməsinin vacibliyini vurğuladı və qalib komandaya “Diplom” və Medallar təqdim etdi.