Məktəbimizdə Xocalı soyqırımına həsr olunmuş “ Xocalısız 25 il “ adlı tədbir keçirildi

Məktəbimizdə Xocalı soyqırımına həsr olunmuş “ Xocalısız 25 il “ adlı tədbir keçirildi. Tədbir dövlət himnimizin səslənməsi ilə başlandı və faciənin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər bu faciəyə ,vətənə, torpağa həsr olunmuş şeirlər söylədilər və soyqırım haqqında ətraflı məlumat verdilər. Xocalı faciəsini əks etdirən səhnəciklər şagirdlər tərəfindən məharətlə göstərildi.Tədbirdə məktəbin istedadlı şagirdlərinin əl işlərindən ibarət sərgi də təşkil olunmuşdu. Sərgini bu faciənin ürəkparçalayan görüntülərini əks etdirən rəsmlər təşkil edirdi. Sonda məktəbin direktoru Səidə Məmmədova çıxış edərək Xocalı soyqırımının tək xocalıların deyil, bütün Azərbaycan xalqının faciəsi olduğunu qeyd etdi. O faciənin xalqımızın yaddaşından heç vaxt silinməyəcini və şəhidlərin qanının yerdə qalmayacağını vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi