Bədən tərbiyəsi və İdman Akademiyasının müəllimləri məktəbimizdə qonaq oldular

İdman həftəsi çərçivəsində məktəbdə yaradılmış Həndbol komandasının yarışını izləmək və şagirdlərlə bu istiqamətdə maarifləndirici görüş keçirmək məqsədilə Bədən tərbiyəsi və İdman Akademiyasının müəllimləri Azərbaycan Həndbol Federasiyasının şöbə müdiri, beynəlxalq dərəcəli hakim, 

Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov, Əməkdar İdman Ustası, Həndbol Federasiyasının işçisi, Bədən tərbiyəsi və İdman Xadimi Esmira Vahabzadə, Əməkdar məşqçi, Affanın Məşqçilər Şurasının üzvü, Futbol üzrə İslam Oyunlarının qalibi, Neftçi komandasının veteranı Yaşar Vahabzadə məktəbimizdə qonaq oldular. Qalib komanda üzvlərini diplom və medallarla təltif etdilər.

Dəvətimizi qəbul edib gəldikləri üçün 

İsgəndər Əsgərov, Esmira Vahabzadə, Yaşar Vahabzadə və Bədən tərbiyəsi və İdman Akademiyasının rektoru Hacıyev Fuad Hacı oğluna təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi