Bu gün məktəbimizdə “ Mənim ana dilim “ adlı şeir müsabiqəsi keçirildi

Bu gün məktəbimizdə “ Mənim ana dilim “ adlı şeir müsabiqəsi keçirildi. Müsabiqəni məktəbin dil-ədəbiyyat müəllimi Əsgərova Pərvanə açıq elan etdi. Sonra himn səsləndirildi. Bütün siniflərdən seçilmiş şagirdlərin şeirləri dinlənildi. Sonda I ,II və III yerin qalibləri müəyyənləşdirildi. I yerə 10b sinif şagirdi İmanova Mələk, II yerə 8a sinif şagirdi Mövsümova Nəzrin, III yerə 8a sinif şagirdi Sultanova Sultanə layiq görüldülər.Qaliblər diplom və hədiyyələrlə təltif olundular. Digər şagirdlər isə həvəsləndirici diplomlara layiq görüldülər.