"Şagird təhlükəsizliyi və sağlamlığı" layihəsi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 11 sentyabr 2023-cü il tarixli 3-29/3-2-548F/2023 nömrəli əmrinin təmin edilməsi məqsədilə 101 nömrəli tam orta məktəbdə tədbirlər planı hazırlanmışdır. Əmrdə şagirdlərin sağlamlığının və təhlükəsizliyinin qorunması bəndini əks etdirən 

"Şagird təhlükəsizliyi və sağlamlığı" layihəsi üçün fəaliyyətlər nəzərdə tutulmuşdur.

     Layihə rəhbəri İbtidai sinif müəllimi Aytən Balazairova və məktəb psixoloqu 

Mətanət Rəhimova 11 dekabr 2023-cü il tarixdə layihənin növbəti fəaliyyətini 2"a" sinfində həyata keçirdi. Məktəb psixoloqu "Psixoloji sağlam uşaq xoşbəxtdir" mövzusunda təqdimat edərək şagirdlərin xoşbəxt olmasına səbəb olan situasiya və hadisələrin müzakirəsini təşkil etdi. Layihə rəhbəri şagirdlərə "Duyğu buludları" adlı iş vərəqləri təqdim edərək onları xoşbəxt edən məqamları təsvir və ya yazaraq ifadə etmələrini təmin etdi. Layihənin sonunda 2"a" sinif şagirdləri və sinif rəhbəri Elnarə Cəniyeva təşəkkürnamə ilə təltif edildi. Şagirdlərin maraq və sevincinə səbəb olan layihə fəaliyyəti onları xoşbəxt edən hiss və emosiyalarını açıq şəkildə ifadə etməsinə şərait yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi