"Valideyn qayğısı və uşaqların təhlükəsizliyi"

Elm və Təhsil Naziri cənab Emin Əmrullayevin 305 nömrəli əmrinin 5.4-cü bəndində nəzərdə tutulmuş şagirdlərin sağlamlığının təhlükəsizliyinin qorunmasında valideynlərlə sıx əməkdaşlığın təmin edilməsi məqsədilə 101 nömrəli tam orta məktəbdə "Şagirdlərin sağlamlığı və təhlükəsizliyi" layihəsi həyata keçirilməkdədir.

3 ay ərzində planlaşdırılmış tədbirləri özündə əks etdirən layihədə bir sıra profilaktik və tərbiyəvi tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu gün ibtidai sinif müəllimi Elnarə Abidova tərəfindən 101 nömrəli tam orta məktəbdə valideyn və şagirdlərin iştirakı ilə tədbir keçirildi.

Valideynlər səhnəciklərdə öz övladları ilə çıxış etdilər.

Tədbirdə qonaq qismində Suraxanı rayonu Polis idarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi polis polkovnik - leytenantı Əfqan Ağayev, Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə, Suraxanı rayonu Gənclər və İdman Sektorunun müdiri Amil Bağırov, Suraxanı rayonu İcra Hakimiyyətinin Səlahiyyətli nümayəndəsi Novruz Əhmədzadə, Suraxanı rayonu Sağlamlıq mərkəzinin baş həkimi Günel Məmmədova, qəsəbə ağsaqqalı Ələddin Xələfli iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi