" Kiçik Akademiya " üzvləri Hədəf STEAM liseyində yerləşən Elçin Abbasov adına İnteraktiv Elm Muzeyinə ekskursiya etdilər

18 noyabr 2023 - cü il tarixdə məktəbimizin Kiçik Akademiyasının Təbiət kafedrasının rəhbəri İlhamə Əliyeva və fizika müəllimi Saçlı Müslümovanın təşkilatçılığı ilə akademiya üzvlərinin Hədəf STEAM liseyində yerləşən Elçin Abbasov adına İnteraktiv Elm Muzeyinə ekskursiyası təşkil edilmişdir. Ekskursiyanın əsas məqsədi gənc tədqiqatçılarda elmə maraq oyatmaq olmuşdur. Şagirdlər muzey bələdçisindən təcrübələr, qanunlar və çevrilmələr haqqında məlumat almış və bu onları elmlə daha dərindən maraqlanmağa həvəsləndirmişdir. Qeyd edək ki, İnteraktiv Elm Muzeyində 150-dən çox eksponat var.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi