" Kiçik Akademiya " üzvləri Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu ziyarət etdilər

15 noyabr 2023-cü il tarixdə məktəbimizin “Kiçik Akademiya” üzvləri Validə Səlimova və Sevinc Yaxşıyevanın rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu ziyarət etmişlər. Görüşdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli Ədəbiyyat İnstitutunda aparılan tədqiqatlar və yeniliklər barədə Akademiya üzvlərinə məlumat vermişdir. Ədəbiyyat İnstitutunun şöbələrində aparılan tədqiqatlarla tanışlıq şagirdlərin xüsusi marağına səbəb olumuşdur. Onlara Ədəbiyyat İnstiutununu nəşri olan kitablar hədiyyə edilmişdir. Ədəbiyyat İnstitutuna ziyarətin əsas məqsədi Akademiya üzvlərində ədəbiyyata maraq oyatmaq və onlarda mütaliə vərdişləri formalaşdırmaq olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi