Bu gün məktəbimizdə 20 Yanvar faciəsinin 27-ci il dönümü ilə əlaqədar “ Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirildi

Bu gün məktəbimizdə 20 Yanvar faciəsinin 27-ci il dönümü ilə əlaqədar “ Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirildi. 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə xalqımızın qəhrəmanlıq tarixindən, şanlı keçmişindən danışıldı. Tədbirdə qeyd edildi ki, 20 Yanvar hadisələrini faciə kimi deyil, xalqımızın qəhrəmanlıq salnaməsi kimi qəbul etməliyik. Ümummilli liderimiz Heydər Əliyevin 20 Yanvar hadisələrinə sərt reaksiya verməsi, bu faciəyə düzgün qiymət verilməsini tələb etməsi xüsusilə vurğulandı. Şagirdlərin ifasında şəhidlərimizə həsr olunmuş şeir və mahnılar dinlənildi. Göstərilən səhnəciklərdə məktəblilər 20 Yanvar şəhidlərinin obrazlarını məharətlə canlandırdılar. “ 20 Yanvar hadisələri şagirdlərin gözü ilə “adlı rəsm sərgisidə keçirildi. Sərgidə şagirdlər 20 Yanvar hadisələri ilə bağlı öz fikirlərini çəkdikləri çəkdikləri rəsmlərdə əks etdirmişdilər. Tədbirdə həmçinin 1990-cı il hadisələrinin reallıqlarını əks etdirən fraqmentlərdə göstərildi. Çıxış edənlər 20 Yanvar hadisələrinin xalqımızın yaddaşından silinməyəcəyini qeyd etdilər. Allah şəhidlərimizə rıhmət eləsin!