"Zamana sığmayan ömür”

10 may – Ümummilli lider, mərhum prezident, dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin doğum gündür. 

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Məktəbimizdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə " Zamana sığmayan ömür" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndərin, şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə məktəbin direktoru Xəyalə Əzizova və ibtidai sinif müəllimi Dilarə Əsgərova çıxış edərək bu günün əhəmiyyəti barədə məlumat verdi. Şagirdlər Heydər Əliyevə həsr olunmuş mahnılar, şeirlər səsləndirilib, rəqslər nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi