1ci sinif şagirdləri məktəbimizin adını daşıyan Sovet İttifaqı qəhrəmanı Əmi Məmmədovun heykəli qarşısına tər çiçəklər qoydular

Bu gün  məktəbin 1c sinif şagirdləri məktəbimizin  adını daşıyan Sovet İttifaqı qəhrəmanı Əmi Məmmədovun heykəli qarşısına tər çiçəklər qoyub onun xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Bildiyimiz kimi 9 May Faşizm üzərində Qələbənin 78-ci ildönümüdür.  Bu müharibədə 600 mindən çox vətəndaşımız iştirak etmiş , qəhrəmanlıqlar göstərmişdir. Bunlardan biri də qəsəbəmizin sakini Əmi Ağa oğlu Məmmədovdur ki məktəbimiz onun adını daşıyır. Şagirdlər onun döyüş illəri  haqqında  məlumatlar verib şeirlər söylədilər. Tədbirdə Əmi Məmmədovun qardaşı oğlu da iştirak edirdi. O da öz növbəsində birincilərə təşəkkürünü bildirib, onların bu cür vətənpərvər ruhda böyümələrinə sevindiyini bildirdi. Tarix yazan qəhrəmanlar heç vaxt unudulmur. Allah rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi