1a sinfində sinif təşkilat saatı keçirilmişdir

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi 
Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü ilə əlaqədar 101 nömrəli tam orta məktəbin 1a sinfində sinif təşkilat saatı keçirilmişdir. Həmin gün şagirdlər Heydər Əliyev haqqında sənədli filmə baxmış, Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmişlər. Müəllim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edərək Ümummilli Liderin zəngin irsinin öyrənilməsinin, gələcək nəsillərə ötürülməsinin  bizim mənəvi borcumuz olduğunu vurğulamışdır. Şagirdlər hazırladıqları ədəbi-bədii kompozisiya  və ifalarında öz Heydər babaya sevgi və heyranlıqlarını ifadə etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi