Məktəbin uğur qazanmış məzunları ilə görüş keçirilib

Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbin uğur qazanmış məzunları ilə görüş keçirildi.

Görüşdə məktəbin məzunu olmuş Azərbaycan Fransız Universitetinin rəhbəri Vazeh Əsgərov, Həkim stomatoloq Valeh Əsgərov, Vəkillər kollegiyasının üzvi Vəkil Səttar Məmmədov, Həkim endokrinoloq Vüsalə Babayeva, İngilis dili üzrə mütəxəssis Ayşən Hüseynova, məzun Murad İldarov iştirak etdilər.
Məzunlar uğura gedən yolda təcrübələrini bölüşüb, şagirdlərimizin suallarını cavablandırdılar.
Məktəbin direktoru Xəyalə Əzizova çıxış edərək bildirdi ki, tədbirin keçirilməsində məqsəd şagirdlərdə prinsipiallıq, özünütəkmilləşdirmə və yüksək hədəflər uğrunda mübarizə aparmaq kimi keyfiyyətlər formalaşdırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi