"Fizika aylığı "üzrə nümunəvi dərs

Məktəbin Fizika müəllimi Əliyeva İlhamə 8ç sinfində "Elektrik dövrəsi və onun elementləri" mövzusunda nümunəvi dərs təşkil etmişdir. Nümunəvi dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Qasayeva Elnarə iştirak etdi.

Müəllim təlim nəticələrini reallaşdırmaq üçün qruplarla iş üsulundan istifadə edərək mövzu ilə bağlı tapşırıqlardan hazırlanmış iş vərəqlərindən istifadə etdi.

Şagirdlər kartofdan elektrik dövrəsi yaradaraq elektrik cərəyanı aldılar.

Yaradıcı tətbiqetmə mərhələsində LearningApps tətbiqindən istifadə edərək oyun əsasında şagirdlərin bilikləri möhkəmləndirildi.

Dərs boyu və dərsin sonunda qiymətləndirilmə aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi