eTwining-də "Minik eller geleceye dokunuyor" layihəsi

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi eTwining layihələrində məktəbimizin məktəbəhazırlıq sinif müəllimi Aytən Balazairova öz körpə fidanları ilə innovativ fəaliyyətlər həyata keçirir. Beş fərqli Avropa ölkəsinin həmkarlarının və şagirdlərinin işbirliyi ilə təşkil olunan layihə müasir dövrdə təlim prosesində istifadə olunan WEB.2 alətlərinin dərslərdə tətbiqinə yönəldilmışdir. Şagirdlər Jigsaw Planet, Story Jumper, Word Woll, Voki, Bitmoji kimi proqramlarda ağıllı lövhə üzərində müasir təlimə əsaslanan fəaliyyətlər həyata keçirirlər. Ortaq layihə adı yaratma, kodlama oyunları, pazllarla tapşırıqlar şagirdlərin sevincinə səbəb olan fəaliyyətlərdir. Əlbəttə ki,belə layihələrin təlimdə tətbiqi şagirdlərin potensialının yüksəldilməsinə, motivasiyasına, ən əsası isə yeni biliklər əldə etməsinə böyük təkan verir. May ayının sonu bitəcək layihədə Aytən müəllimə və şagirdlərinə bol uğurlar arzulayır və layihənin beynəlxalq sertifikatla sonlanmasını diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi