"El igidləri ilə tanınar"

Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbdə məktəbin məzunu olmuş qazi Həsrətqulu Ənvər oğlu Rəhimovun xatirəsinə həsr olunmuş ədəbii bədii gecə keçirildi. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Anar Əsədullayev, Yap-ın Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, Suraxanı rayonu Ağsaqqallar Şurasının sədri 

Arif Babayev, Azərbaycan Respublikası Şəhid ailələrinə “Qayğı”cəmiyyətinin sədri Müşfiq Əliyev, Qayğı cəmiyyətinin sədr müavini Cəsarət Aslanov, Suraxanı bələdiyyəsinin sədri Fikrət Quliyev, General Əli bəy, Rusiya Birlik cəmiyyətinin sədri 

Leyla Əhmədova, qəsəbədəki müharibə iştirakçıları, qazilər iştirak etdilər. Tədbir məktəbin direktoru Xəyalə Əzizovanın açılış nitqi ilə başladı. Qazinin həyat yoldaşı Safura xanımın çıxışı ilə davam etdi. Tədbir boyu qazinin döyüş yoldaşları, ailə üzvləri, qazilər çıxış edərək xatirələrini paylaşdılar. Hərbi vətənpərvərlik ruhunda təşkil olunmuş tədbirdə məktəb şagirdləri ədəbii-bədii kompozisiyalarla çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi