"eTwinning Plus” layihəsində "Yeni əl işləri yaradaq" adlı layihəmizin bağlanışı

 Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan “eTwinning Plus” layihəsində əsas məqsəd müəllim və şagirdlərlə Avropa ölkələrinin həmkarları arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları, təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.

  “eTwinning Plus” layihəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin müəllimləri fəal iştirak edirlər. O cümlədən Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəb eTwinning məktəbləri sırasındadır.

Yaradıcıları ibtidai sinif müəllimləri

Aytən Balazairova və Günay Əcəmova olan "Yeni əl işləri yaradaq" layihəsi mart ayının sonu artıq öz işini yekunlaşdırmışdır. Layihə çərçivəsində şagirdlərimiz Səudiyyə Ərəbistanın TAİF türk məktəbinin, Türkiyənin Kestel Anaokulunun şagirdləri ilə əməkdaşlıq edərək bilik və təcrübələrə yiyələnmiş, yeni dostlar qazanmışlar. Qeyd edək ki, məktəbimizin ibtidai sinif müəllimi 

Dürdanə Allahyarova da öz şagirdləri ilə layihə iştirakçısı olmuşdur.

5-10 yaş qrupunu əhatə edən layihədə şagirdlər gündəlik dərs mövzularını mənimsəmək üçün təlim prosesində istifadə etdikləri əyani vəsaitləri özləri hazırlayaraq yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmişlər Ortaq fəaliyyətin ərsəyə gəlməsi onların böyük sevincinə səbəb olmuşdur. "Ev heyvanlarını tanıyaq" adlı ortaq fəaliyyətdə üç fərqli məktəbin şagirdləri bir mahnının hissələrini səsləndirərək birləşdirmiş və həmin mahnıya uyğun heyvanların əl işini yaratmışlar. ARTSTEPS adlı Web 2 alətiylə hazırlanan təqdimat video-sərgi formatında təqdim edilmişdir.

Belə layihələrin həyata keçirilməsi şagirdlərin hərtərəfli inkişafı üçün zəruridir. Bu istiqamətdə məktəbimizin eTwining'də fəaliyyət göstərən müəllim və şagirdlərinə uğurlar arzulayırıq!

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi