Sinif rəhbərləri ilə iclas

06.04.2023-cü il tarixində Nizam-intizam şurasının sinif rəhbərləri ilə iclası keçirildi. İclasda məktəbin direktoru Xəyalə Əzizova çıxış edərək bildirdi ki, sinif rəhbərləri daha məsuliyyətli olmalı, çatışmamazlıqlar aradan qaldırılmalı, valideynlər üçün hazırlanmış 10 və 11-ci sinif şagirdlərinin dərsə davamiyyəti ilə bağlı məktub valideynlərə şəxsən çatdırılmalıdır. Nizam-intizam şurasının rəhbəri Aynurə Hüseynzadə və tərbiyə işləri üzrə direktor müavini Elnarə Məmmədova da bu barədə məlumat və fikirlərini sinif rəhbərlərinə çatdırdılar.