"Açıq qapı" günü keçirildi

05.04.2023-cü il tarixində 101 nömrəli tam orta məktəbdə valideynlər üçün Açıq qapı günü keçirilmişdir. 

"Açıq qapı" gününün təşkil olunmasında məqsəd müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim -tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir. 

Valideynləri qarşılama mərasimində məktəbin direktoru Xəyalə Əzizova çıxış edərək 

müəllim- valideyn əməkdaşlığının şagirdlərin 

təlim -tərbiyəsindəki mühüm rolundan, valideynlərin təhsil prosesinə cəlb etmədə onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün məktəbdə görülən işlərdən danışdı. Daha sonra valideynlər siniflərdə tədris prosesini izləmək üçün ibtidai siniflərdə ayrı-ayrı fənlərdə, yuxarı siniflərdə riyaziyyat, fransız dili, ingilis dili dərslərində iştirak etdilər. 

Məktəbdə fəaliyyət göstərən Kiçik akademiyanın fəaliyyəti ilə bağlı şagirdlərin yaradıcı işləri ilə tanış oldular. Xor dərnəyinin çıxışını izlədikdən sonra Steam dərslərinin fəaliyyətini əks etdirən aprel döyüşlərində həlak olan şəhidlərimizin xatirəsinə həsr olunmuş dronları Azərbaycan və qardaş Türkiyə bayrağı sancılaraq səmaya qaldırıldı. 

Sonda valideynlər məktəb rəhbərliyinə minnətdarlığını bildirərək tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələr ilə bağlı rəyləri, təklifləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi