Günüuzadılmış qrupda "Mən sülhə səs verirəm!" mövzusunda maraqlı fəaliyyət həyata keçirildi

Məktəbdə fəaliyyət göstərən günüuzadılmış qruplar şagirdlərin inkişafına, təlim prosesinin yüksəlməsinə xidmət edir. Şagirdlərin ev tapşırıqlarının yerinə yetirilməsinə istiqamət və dəstək vermək, onların texniki yaradıcılığını, estetik və fiziki tərbiyəsini həyata keçirmək məqsədi ilə yaradılan qrupların fəaliyyəti ibtidai sinif şagirdlərinin inkişafına təkan verir. Qrupda şagirdlərin hərəkət aktivliyi (gəzinti, hərəkətli və idman oyunları) təmin edilir. Qrupun şagirdləri məktəbin kitabxanasından, idman və akt zallarından, digər tədris otaqlarından istifadə edir. Şagirdlərin proqram materiallarını səmərəli mənimsəmələrinə, təlim nailiyyətlərinin yaxşılaşdırılmasına, dünyagörüşünün formalaşdırılmasına, idraki və kommunikativ bacarıqlarının inkişafına dəstək məqsədilə məktəbdə yaradılan qrupların fəaliyyəti daima diqqət mərkəzindədir.

Günüuzadılmış qrupda tədris prosesini həyata keçirən müəllim Leyla Eyvazova şagirdlərlə "Mən sülhə səs verirəm!" mövzusunda maraqlı fəaliyyətlər həyata keçirdi.Şagirdlər cütlərlə işləyərək sülh mövzusunda öyrədici təqdimatlar həyata keçirdilər. Dərsin sonunda müəllim sülhün dünya üçün əhəmiyyəti haqqında şagirdlərə geniş məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi